Dünya Bankı əməkdaşlarını Ukraynadan çıxarır

Dünya Bankı (DB) Ukrayna və Rusiya arasındakı mümkün qarşıdurma fonunda Ukraynadakı əməkdaşlarını təxliyə edir.

“Report” xəbər verir ki, bu barədə “Reuters”in əldə etdiyi DB-yə aid xidməti sənəddə qeyd olunub.

“Əməkdaşlarımızın və onların ailələrinin təhlükəsizliyini təmin etmək Dünya Bankı üçün əsas prioritetdir. Təxliyə siyasətimizə uyğun olaraq işçilərin müvəqqəti yerdəyişməsi və gücləndirilmiş təhlükəsizlik tədbirləri gerçəkləşdirilir”, – sənəddə bildirilib.