DTX-nin Heydər Əliyev adına Akademiyasının bir qrup əməkdaşı təltif edilib

Noyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşlarının bir qrupunun təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması sahəsində xidmətlərinə, öz vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının bir əməkdaşı “Tərəqqi”, yeddi nəfər “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Həmçinin təhsil sahəsində xidmətlərinə görə bir nəfərə “Əməkdar müəllim” fəxri adı verilib.

ƏvvəlkiNetanyahu: “Qəzzadan 74 girov azad edilib”
NövbətiHərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılışı olub