DSX: Dövlət sərhədini pozan Ermənistan vətəndaşı saxlanılıb

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci il təvəllüdlü Begleryan Raşid Aramayis saxlanılıb.

Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiBakıda Özbəkistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub
NövbətiAzərbaycan üzgüçüsü dünya çempionatında növbəti medalını qazanıb