Dövlət qulluğunda inzibati vəzifələr üzrə imtahanlara 127 müəllim nəzarət edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 11-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 6 bina, 132 zal, 6 ümumi imtahan rəhbəri, 15 imtahan rəhbəri, 127 nəzarətçi müəllim, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.

Əvvəlkiİctimai Şuraya namizədlərin irəli sürülməsi prosesi davam edir
NövbətiAzərbaycanda diplomları tanınmayan xarici universitetlərin Bakı filiallarının adları açıqlanıb