Dövlət Toxum Fondu hüquqi və fiziki şəxslərə müraciət edib

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondu ölkə üzrə taxılçılıq təsərrüfatlarından qəbul olunan taxıl məhsullarının Ağcabədi, Şəki, Tovuz, Qobustan və Xaçmaz rayonlarında fəaliyyət göstərən toxum emalı zavodlarında emal olunmasını həyata keçirir.

“Report” xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Qeyd olunur ki, toxumçuluq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər Fondun Ağcabədi (Hüsülü kəndi), Şəki (Şəki-Oğuz şosei 50a), Tovuz (Alakol kəndi),
Xaçmaz (Qaraçayçək kəndi) və Qobustanda (Qobustan şəhəri) yerləşən zavodlarına müraciət edə bilərlər.

Məlumata görə, toxum emalı növbəlilik prinsipi ilə həyata keçirilir.

ƏvvəlkiABŞ Dövlət Departamenti: “İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”
NövbətiPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib