Dövlət Neft Şirkətinin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Trend xəbər verir ki, Sərəncamla “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamının birinci hissəsinə “Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini” sözlərindən sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilir:

“Anar Axundov – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri”.