Dolu və leysan yağışları Gürcüstanda kənd təsərrüfatına ciddi ziyan vurub

“Son iki gündə Gürcüstan ərazisində yağan güclü leysan yagışları və dolu Kaxeti bölgəsinə ciddi ziyan vurub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Axmetski rayonunun Kiştauri, Axşani və Matani, Telavi rayonunun Şalauri, Kisisxeti və Nasamxreti kəndlərində üzüm plantasiyalarına zərər dəyib.

Bundan başqa, kənd yolları, körpülər dağılıb, evlərin zirzəmiləri, həyətyanı sahələr su altında qalıb, infrastruktura ciddi ziyan dəyib.

ƏvvəlkiRusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirməyə hazırdır
NövbətiPakistanın yeni hökuməti and içib