Dodonun Moldovanı tərk etmək qadağası daha 60 gün uzadılıb

Moldova Ali Məhkəməsi keçmiş prezident İqor Dodonun ölkədən çıxışına qoyulan qadağanın müddətini daha 60 gün uzadıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmə iclasından sonra jurnalistlərə Dodon özü məlumat verib.

“Ölkədən çıxış qadağamı martın 20-dək uzadıblar, baxmayaraq ki, mən heç yerə getmirəm”, – eks-prezident bildirib.

Dodon ötən il mayın sonunda saxlanılıb və ona qarşı dövlətə xəyanət, korrupsiya və partiyanı qanunsuz maliyyələşdirmə ittihamları irəli sürülüb. Vəkillərin sözlərinə görə, səkkiz cinayət işi açılıb, onlardan üçü məhkəmələrə göndərilib.

Müdafiə tərəfi məhkəmənin açıq keçirilməsində israrlıdır. Eks-prezident deyib ki, onun günahsızlığına dair sübutları var.