Deputat cəbhədəki vəziyyətdən danışdı

“Biz kəndlərimizdən bir addım belə kənara gedə bilmərik”.

“Report” xəbər verir ki, bunu hazırda Tovuzda olan deputat Qənirə Paşayevajurnalistlərə açıqlamasında deyib.

Deputat insanarı dezinformasiyalara inanmamağa çağırıb:

”Dezinformasiyalara qarşı mübarizə aparmalıyıq. Məlumat yayırlar ki, Tovuzda sakinlər evlərini tərk edirlər. Bunlar yalandır, kimsə heç yeri tərk etməyib. Xalqımız ordumuza, dövlətimizə inanır. Bu gün hamımızın birlik olması lazımdır. Dezinformasiyaların yayılmasına icazə verilməməli və rəsmi məlumatlara istinad edilməlidir. Təxribat törədən qüvvələrə ciddi cavab verilməlidir”.

ƏvvəlkiSiyasi partiyalar milli həmrəylik bəyanatı yaydı
NövbətiXəyyam Mirzəzadənin həyat yoldaşı vəfat edib