Dekabrın 8-də Azərbaycanda COVID-19 əleyhinə 300 doza vaksin vurulub

Dekabrın 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 300 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 83, ikinci doza vaksinlərin sayı 38, üç və daha çox doza vaksinlərin sayı 150, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 924 min 934, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 393 min 547, ikinci mərhələ üzrə 4 milyon 874 min 613, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 392 min 630, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 144-dür.