Daha 12 veteran cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır

Sloveniyanın Podçetrtek şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatında bu gün fərdi yarışlara yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın daha 12 idmançısı tatami üzərinə çıxacaq.

Cüdoçular M1 və M2 yaş kateqoriyaları üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, ilkin görüşlər Bakı vaxtı ilə saat 11:30-da, final qarşılaşmaları isə saat 18:30-da başlayacaq.

ƏvvəlkiAzərbaycan boksçuları beynəlxalq turnirdə 10 medal qazanıblar
NövbətiOrdumuzun mövqeləri atəşə tutulub