“COP29: gözləntilər, perspektivlər” mövzusunda ictimai müzakirələr keçirilib

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dekabrın 18-də “COP29: gözləntilər, perspektivlər” mövzusunda ictimai müzakirələr keçirib və birgə bəyanat qəbul ediblər.

AZƏRTAC xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan müzakirələrdə çıxış edən Agentliyin İcraçı direktoru Aygün Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsini tarixi uğur adlandırıb. A.Əliyeva Agentliyin 2024-cü ilin əvvəlində COP29-la bağlı xüsusi qrant müsabiqəsi elan edəcəyini açıqlayıb.

Sonra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin COP29-la bağlı fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb. Alternativ enerjiyə aid hesabatların, fləşmobların, yürüşlərin keçirilməsi təklif kimi irəli sürülüb.

Tədbirdə COP28-də iştirak etmiş QHT sədrləri də fikir və mülahizələrini bölüşüblər.

“Yaşıl Tikinti Şurası”nın həmtəsisçisi və rəhbəri Guy Eames bildirib ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi nümayiş etdirir.

Tədbirin sonunda QHT-lər COP29-la bağlı birgə bəyanat qəbul ediblər. Bəyanatı “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi sədr müavini Amin Məmmədov səsləndirib.

ƏvvəlkiPakistanda ilk dəfə olaraq süni yağış sınaqdan keçirilib
NövbətiMərkəzi Seçki Komissiyası İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib