CNN Şəki Xan Sarayı ilə bağlı fotoreportaj dərc edib

ABŞ-ın CNN telekanalının saytında Azərbaycandakı Şəki Xan Sarayı haqqında fotoreportaj dərc edib.

Türk.az xəbər verir ki, fotoreportajda sarayın necə tikildiyi və onun memarlıq üslubu haqqında məlumat verilir.

Reportajda sarayın 1772-ci ildə Şəkidə baş verən dağıdıcı daşqından sonra şəhərin dirçəlişinin rəmzi olaraq tikildiyi deyilir. Qeyd edilir ki, sarayın vitrajları – şəbəkə yapışqan və mismardan istifadə edilmədən hazırlanıb.

Həmçinin bildirilib ki, daha əvvəl Qafqazda ipək ticarətinin mərkəzi olan Şəki şəhəri bu gün də Azərbaycan və dünyanın bütün bölgələrindən turistlər cəlb edən mərkəzdir.

Fotoreportajla daha ətraflı buradan tanış ola bilərsiniz.