Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb

Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.

ƏvvəlkiCOVID-19-a yoluxan Bəhram Bağırzadənin vəziyyəti kəskin pisləşib
NövbətiƏtraf rayonların polis əməkdaşları Kürdəmirə ezam olunub