Ceyranbatan su anbarının ərazisində yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Bu barədə “Report”a FHN-dən məlumat verilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.

ƏvvəlkiVideokonfransda günümüzün qlobal mövzuları müzakirə edilib
NövbətiMərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 40,7 milyon dollar olub