Cavid Qurbanovun getdiyi yol ulu öndərimizin yoludur – Azər Yadığaroğlu yazır

Son günlər bəzi “yazar”lar sosial şəbəkələrdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla bağlı həqiqətə uyğun olmayan, məntiqsiz və dəlildiz informasiyalar istehsal etməyə başlayıblar. Təbii ki, məqsədləri bəllidir, kimlərin sifarişlərini yerinə yetirdikləri də heç kimə sirr deyil. Həm də C.Qurbanova şər, böhtanın atılması bu günün mövzusu olmayıb. Xalqına, millətinə və dövlətinə xidmət edən bir şəxsiyyətə böhtan atmaq xəyanətdir.Cavid Qurbanov ictimai, siyasi bir xadimdir.
Ölkəmizdə söz, mətbuat azadlığı üçün yaradılan şəraitdən sui istifadə etmək heç bir KİV-in adına hörmət gətirməz. KİV haqqında qanun bunu qadağan edir. Əvvəla onu qeyd edim ki, Cavid Qurbanov dövlət başçısının etimadı ilə 2015- ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nə rəhbər təyin olunub və burada əsaslı islahatlar aparılmasına, iş əmsalının artmasına, bu məsuliyyətli sahənin imicinin möhkəmlənməsinə nail olub. C. Qurbanov
deputat olmazdan öncə kəlbəcərlilərin sevib, hörmət etdiyi nəsilin, ailənin nümayəndəsidir. Ona qarşı aparılan bu kampaniyanı nəinki kəlbəcərlilər, ona hörmət edən bütün azərbaycanlılar pisləyir. Bizlər Cavid Qurbanovu öz milli dəyərmiz kimi qəbul edirik onu və ailəsni Dədə Şəmşirin Yadigar kimi dəyər veririk. C.Qurvanovun keçmişi təmizdir, onu bütün Azərbaycan xalqı tanıyır. Onun xeyriyyəçi, xeyirxah insan olduğu bütün elimizə, obamıza əyandır. Heç vaxt sifarişlə atılan çirkablar hədəfə dəyməz. C.Qurbanov bundan sonra da millətinə, dövlətinə xidmət edəcək. Onun yolunu heç bir qüvvə kəsə bilməz. Onun getdiyi yol ulu öndərimizin yoludur.