CAR-da binada baş verən yanğında ölənlərin sayı 73-ə çatıb

Cənubi Afrika Respublikasının (CAR) ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada baş verən yanğında ölənlərin sayı 73-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, ölənlərdən 7-si uşaqdır. Ölənlərin sayının artacağı istisna edilmir.

Son məlumata görə, 43 nəfər yaralanıb.

ƏvvəlkiMikayıl Cabbarov: “Abşeron” yatağı iqtisadi potensialımızın güclənməsinə mühüm töhfələr verəcək
NövbətiAzərbaycan və Türkiyənin müdafiə nazirləri hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər