Canlı yayım zamanı Ədliyyə Nazirliyi yanmağa başladı

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olub.

“Report”un xəbərinə görə, Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsində yanğın qeydə alınıb.

Nazirliyin əməkdaşları binadan təxliyə olunublar.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.

Hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb.

FHN-dən “Report”a bildirib ki, yanğın söndürülüb.

ƏvvəlkiBu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür
NövbətiPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışında iştirak ediblər