Cəbrayılın Şükürbəyli kəndinin tikintisinə vəsait ayrılıb

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işlərinə vəsait ayrılıb.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 1 milyon manat ayrılıb.

ƏvvəlkiAzərbaycanın Fransadakı səfirliyi erməni fanatiklərin hücumları ilə bağlı bəyanat yayıb
NövbətiŞərqi Zəngəzur iqtisadi rayonunda İranla sərhəddə Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib