Bu ilin 7 ayında Azərbaycanda 20 min 837 nigah rəsmiləşdirilib

Bu ilin 7 ayında Azərbaycanda 20 min 837 nigah bağlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, ötən il isə Ədliyyə Nazirliyinin rayon(şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 63 min 869 nigah rəsmiləşdirilib.

Qeyd edək ki, pandemiya ilə əlaqədar mart ayının 25-dən etibarən ölkə ərazisində toyların keçirilməsi qadağan olunub.

ƏvvəlkiAvropa İttifaqı Türkiyəyə xəbərdarlıq etdi
Növbəti“Azərsun Holdinq” orduya dəstəyini nümayiş etdirdi