Bu il pasportlaşdırılan abidələrin sayı açıqlanıb

Bu ilin 10 ayı ərzində 54 abidə pasportlaşdırılıb, 273 abidənin isə mühafizə zonaları üçün layihələndirilməsi prosesi olub.

Trend xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bu proseslərin abidələrə kənar müdaxilələrin qarşısının alınması üçün edildiyini diqqətə çatdırıb:

“Ötən dövr ərzində abidələrin pasportlaşdırılması və layihələndirilməsi statistikasında müsbət tendensiyanın şahidi olmuşuq. 2021-ci ildə 154 abidə pasportlaşdırılıb, 107 abidənin isə mühafizə zonaları üçün layihələndirilməsi prosesi olub”, – A.Kərimov qeyd edib.