Bu gün Strasburqda AŞPA-nın qış sessiyası işə başlayır

Bu gün Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işə başlayır.

“Report” xəbər verir ki, sessiya zamanı AŞPA deputatları dezinformasiya və təbliğat kontekstində kütləvi informasiya vasitələri və mətbuat azadlığı barədə birgə müzakirələr aparacaqlar. Həmçinin interneti idarəetmə və insan hüquqları məsələləri də müzakirə olunacaq.

Ötən il Gürcüstanda keçirilmiş prezident seçkiləri (28 oktyabr və 28 noyabr) və Ermənistandakı növbədənkənar parlament seçkiləri (9 dekabr) yanvarın 21-də müzakirə olunacaq.

Yanvarın 22-də isə sessiyada Finlandiyanın xarici işlər naziri Timo Soyni, yanvarın 23-də Albaniyanın XİN başçısı Ditmir Buşati çıxış edəcəklər.

Həmçinin “Rusiyanın Ukraynaya qarşı açıq təcavüzü: sülh prosesinin pozulması və Avropa təhlükəsizliyi üçün təhlükə” mövzusunda təcili müzakirələrin keçirilməsi də tələb edilib.

Sessiya yanvarın 25-də başa çatacaq.

ƏvvəlkiAtəşkəs rejimi 24 dəfə pozulub
NövbətiDəmir yolları zolağı boyunca yeni fiber-optik infrastrukturun tikintisinə başlanılıb