Bu gün gecə saatlarından paytaxtın iki ərazisində hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar aprelin 6-da gecə saatlarından etibarən Bakının iki ərazidə hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Qısamüddətli məhdudlaşdırılma Nərimanov rayonunun Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində, həmçinin Qaradağ rayonu ərazisində Lökbatan-Qobu avtomobil yolunun Lökbatan qəsəbəsi istiqamətindən tətbiq ediləcək.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.