Bu gün Azərbaycanda koronavirusa qarşı 58 minə yaxın vaksin vurulub

Oktyabrın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 57 min 572 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 15 min 949, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 41 min 623 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 8 milyon 795 min 572-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 4 milyon 824 min 323, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 3 milyon 971 min 249 nəfərdir.