Bu gün Azərbaycanda COVID-19 əleyhinə 25 min dozadan çox peyvənd vurulub

Fevralın 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 25 min 208 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1552, ikinci doza üzrə 1372, üç və daha çox doza vaksinlərin sayı 20 min 744, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 1540-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 982 min 355, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 298 min 628, ikinci mərhələ üzrə 4 milyon 784 min 850, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 694 min 562, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 204 min 315-dir.