Britaniya səfiri Azərbaycan hökumətinə çağırış edib

“İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin son hesabatı göstərdi ki, cari milli səviyyədə müəyyən edilmiş töhfələr qlobal istiləşməni 1.5C-yə qədər azaltmaq üçün yetərli deyil”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviterdə yazıb.

“Biz Azərbaycan daxil, bütün ölkələri daha ambisiyalı hədəflər və sıfır emissiyalı uzunmüddətli strategiyalar qəbul etməyə çağırırıq. Parlaq və sağlam gələcək naminə!”, – diplomat bildirib.

ƏvvəlkiBakıda gecə klubunda partlayışla bağlı cinayət işi üzrə 3 nəfər həbs edilib
Növbəti“Yaşıl Marafon 2022” ağacəkmə kampaniyası çərçivəsində növbəti aksiya keçirilib