Braziliyada metroda baş verən atışmada ölənlərin sayı 25 nəfərə çatdı

Braziliyanın Rio-de-Janeyro şəhərinin metrosunda baş verən atışma nəticəsində ölənlərin sayı artıb.

Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı 25 nəfər həlak olub. Qeyd edilir ki, silahlı toqquşma Rio-de-Janeyro mülki polisinin narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı cümə axşamı erkən saatlardan başladığı əməliyyat zamanı baş verib.

Daha əvvəl hadisə zamanı 23 nəfərin öldüyü bildirilirdi. Həlak olanlar arasında polis əməkdaşı da var.

ƏvvəlkiTeledərslərin mayın 7-nə olan cədvəli
NövbətiBMT bəşəriyyət üçün faciənin yaxınlaşması barədə xəbərdarlıq edib