Böyük Britaniyanın Səhiyyə naziri koronavirusa yoluxub

Böyük Britaniyanın Səhiyyə naziri və Mühafizəkar millət vəkili Nadin Doris koronavirusa yoluxub.

AZƏRTAC xəbər verir ki, bu haqda nazir özü məlumat yayıb. Nadin Doris virus aşkarlandıqdan sonra evdə özünü təcrid edib. Məlumata görə, nazirin vəziyyəti yaxşıdır.

Xatırladaq ki, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 373-ə çatıb.

ƏvvəlkiDüşmən hücuma keçdi-erməni əsgəri məhv edildi
NövbətiAtəşkəs rejimi 23 dəfə pozulub