Böyük Britaniyada yeni baş nazir seçilib

Bu gün Böyük Britaniyanın yeni baş naziri seçiləcək.

Turk.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İyulun 23-də Britaniya Mühafizəkarlar Partiyasının yeni liderinin adı açıqlanacaq. Partiya sədrliyi uğrunda mübarizə Aleksander Boris de Pfeffel Conson və Ceremi Riçard Sreynşem Xant arasında gedəcək. Partiya sədri seçiləcək şəxs həm də Böyük Britaniyanın yeni baş naziri olacaq.

Seçkinin nəticələri günün ikinci yarısı açıqlancaq. Ancaq Britaniyada çıxan səhər qəzetləri Boris Consonun baş nazir olacağına şübhə etmədiklərinin yazıblar.

ƏvvəlkiBakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək
NövbətiPakistanın baş naziri: “Hindistan nüvə silahından imtina edərsə, bənzər addım atmağa hazırıq”