BOS-un Avropa Liqasının finalı üçün UEFA-nın sərəncamına veriləcəyi tarix müəyyənləşib

Bakı Olimpiya Stadionunun (BOS) 2019-cu il Avropa Liqasının finalı üçün UEFA-nın sərəncamına veriləcəyi tarix müəyyənləşib.

Bu barədə “Report”a BOS-un Mətbuat xidmətindən bildirilib. Arena həlledici oyuna 20 gün qalmış – mayın 9-dan yerli Təşkilat Komitəsinin və qitə futbol qurumunun ixtiyarında olacaq.

AVRO-2020-nin final mərhələsi zamanı isə BOS yarışın başlamasına bir ay qalmış UEFA-ya təqdim ediləcək.

Qeyd ki, Avropa çempionatının 60 illiyi ilə əlaqədar olaraq, yarış ilk dəfə 12 iyun – 12 iyul 2020-ci ildə 12 müxtəlif ölkədə və 24 komandanın iştirakı ilə keçiriləcək. AVRO-2020-nin matçları Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqo (Şotlandiya) şəhərlərində təşkil olunacaq. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 68700 nəfərlik arenada matçlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda olacaq.

ƏvvəlkiABŞ və KXDR liderlərinin ikitərəfli görüşü başa çatıb
NövbətiAzərbaycan və İran gömrükçüləri “e-TIR Pilot” layihəsini müzakirə edib