Bolqarıstanlı jurnalisti zorlayıb qətlə yetirdilər

Bolqarıstanlı jurnalist Viktoriya Marinova qətlə yetirilib.
Türk.az Sputnik-ə istinadən xəbər verir ki, tədqiqatçı jurnalist Bolqarıstanın Ruse şəhərində Dunay çayının sahilində ölü tapılıb. 30 yaşlı Marinova öldürülməmişdən əvvəl zorlanıb. Jurnalistin meyidini tapan şəxs dərhal polisə xəbər verib.
Qeyd edək ki, Viktoriya Marinova Avropa İttifaqı fondlarından pul oğurluğunu araşdırırdı.