DTX-nin Heydər Əliyev adına Akademiyasının bir qrup əməkdaşı təltif edilib
Noyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşlarının bir qrupunun təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması...
Hökumətlərarası təqaüd proqramları çərçivəsində Çində təhsil təqaüd proqramı elan edilib
Çin Xalq Respublikası 2024–2025-ci tədris ili üçün təqaüd proqramı elan edir.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təqaüd proqramına sənəd qəbulu dekabrın 25-dək aparılacaq. Tələbələrin proqrama qəbulu ilə bağlı yekun qərarın 2024-cü...
Elm və təhsil naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 24-də Naxçıvan şəhərində vətəndaşların müraciətlərini dinləyib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər.
Vətəndaşlar əsasən işə qəbul,...
Bakı Slavyan Universitetində ADMİU-nun 100 yaşı qeyd edilib
Noyabrın 24-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə deputatlar, müxtəlif təşkilatların təmsilçiləri, hər iki universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr...
Sertifikatlaşdırmadan keçən müəllimlərə elektron formada sertifikat veriləcək
Sertifikatlaşdırmadan keçən müəllimlərə elektron formada sertifikat veriləcək.
"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Elektron imza və elektron sənəd...
Qubada keçirilən beynəlxalq elmi konfransda beş ölkədən doqquz universitet təmsil olunub
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda III beynəlxalq elmi konfrans keçirilib.
Filialdan AZƏRTAC-ın bölgə...
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir.
AZƏRTAC xəbər verir ki, “Açıq qapı” günü dekabrın 2-də saat 14:00-da təşkil olunacaq.
“Açıq qapı” günü abituriyentlər:
- 2024/2025-ci tədris ili...
İddiaçıların fəlsəfə doktoru imtahanında iştirak etmələri üçün qeydiyyat aparılır
Noyabrın 20-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün...
Dövlət qulluğuna qəbul və fəaliyyətin davamı üzrə imtahanlar keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı...
XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib
Noyabrın 11-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən...