YAP-ın Gəncə şəhər təşkilatının sədri vəzifəsindən azad edilib
Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri Ramil Orucov vəzifəsindən azad edilib.
Bu barədə “Report”a partiyadan məlumat verilib.
Bildirilib ki, bu gün YAP-ın İdarə Heyətinin iclasında Ramil Orucovun səhhəti ilə əlaqədar tutduğu vəzifədən...
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri martın 14-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin Brandenburq “Willy Brandt” aeroportunda Azərbaycan Prezidentini rəsmi...
Azərbaycan Prezidenti və Almaniya Kansleri birgə mətbuat konfransı keçiriblər
Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Almaniya Kansleri Olaf Şolts mətbuata bəyanatla çıxış etdi.
Kansler Olaf Şoltsun
bəyanatı
-...
Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasiminin vaxtı açıqlanıb
Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasiminin vaxtı açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə i24 telekanalı məlumat yayıb.
Məlumata görə, səfirliyin rəsmi açılış mərasimi martın 29-da Təl-Əvivdə baş tutacaq və burada Azərbaycanın xarici işlər naziri Ceyhun...
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin Brandenburq “Willy Brandt” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri...
Sahibə Qafarova Ermənistan parlamenti spikerinin yalan iddialarını ifşa edib
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında Ermənistan parlamenti spikerinin Laçın yolunun guya “blokada” olunması ilə bağlı əsassız iddialarını tamamilə rədd edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən...
Albaniya Prezidenti Bayram Beqay Azərbaycana işgüzar səfərə gəlib
Albaniya Respublikasının Prezidenti Bayram Beqay martın 11-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Prezidenti Bayram Beqayı Azərbaycanın energetika naziri...
Azərbaycan İrana nota verib
Azərbaycan İrana nota verib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə bəyanatında qeyd olunub.
"Martın 11-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Xarici İşlər...
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə iştirak edən nüfuzlu qonaqların sayının ilbəil...
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Bolqarıstan nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv...