BMT-nin Ukrayna üzrə xüsusi sessiyası oktyabrın 10-da işini davam etdirəcək

BMT Baş Assambleyasının Ukrayna üzrə xüsusi sessiyası oktyabrın 10-da öz işini davam etdirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Baş Assambleyanın 77-ci sessiyasının sədrinin rəsmi nümayəndəsi Polina Kubiyak bildirib.

Sessiyada Rusiyanın Təhlükəsizlik Şurasında ABŞ-ın referendumu pisləyən qətnaməsinə veto qoymasına baxılacaq.

BMT Baş Assambleyasının apreldə qəbul etdiyi Qərb qətnaməsinə əsasən, hər hansı daimi üzv dövlət tərəfindən Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edildikdə bu qurumun iclası çağırılacaq.

Baş Assambleya veto tətbiq edildikdən sonrakı 10 gün ərzində toplaşmalıdır.

ƏvvəlkiAzərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb
Növbətiİmarət kompleksində görüləcək işlərlə tanışlıq və Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışı