BMT Myanmanı Rohinca qaçqınlarının ölkəyə qaytarılması üçün şərait yaratmağa çağırıb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və BMT-nin İnkişaf Proqramı (UNDP) Myanma hökumətini qaçqın düşmüş Rohinca müsəlmanlarının Rakhayn ştatına qaytarılmasına şərait yaratmağa çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Cenevrədə yayılmış birgə bəyanatda onlar repatriasiyanın könüllü olmasının, təhlükəsiz və müvafiq şərtaitdə həyata keçirilməli olmasının zəruriliyini vurğulayıblar.

Sənəddə deyilir ki, UNHCR, UNDP və Myanma hökuməti arasında üçtərəfli memorandumun imzalanmasından iki ay vaxt keçəndən sonra BMT bu ölkənin hökumətini Rakhayn ştatında şəraitin hissolunacaq dərəcədə yaxşılaşdırılmasına çağırır. Rohinca qaçqınlarının könüllü, təhlükəsiz, layiqli və davamlı qaytarılması üçün əlverişli şəraitin yaradılmasının Myanma hökumətinin istəyindən asılı olduğu vurğulanır.

ƏvvəlkiAzərbaycanlı atlet: “Avropa çempionatında əsas hədəfim qızıl medal qazanmaqdır”
NövbətiPaşinyan Köçəryanı azadlığa buraxmaqdan imtina etdi