BMT münaqişədən sonra aparılan bərpa işində Azərbaycanı dəstəkləməyə davam edir

BMT münaqişədən sonra aparılan bərpa işində Azərbaycana dəstəyini davam etdirir.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi səhifəsində qeyd edilib.

“BMT-nin Azərbaycandakı nümayəndəliyi münaqişədən sonra aparılan bərpa işində Azərbaycana dəstəyini davam etdirir. 2021-ci ildə fəaliyyətimiz nəticəsində, təxminən, 86 min nəfərin mina riskləri haqqında məlumatlılığı artırılıb, münaqişədən zərər çəkmiş 44 min nəfərə isə təcili yardım göstərilib”, – deyə məlumatda bildirilib.

ƏvvəlkiPrezident İlham Əliyev Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində yaradılan şəraitlə tanış olub
NövbətiPrezident İlham Əliyev Bakıda Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının açılışında iştirak edib