Blinken Qəzzanı müzakirə etmək üçün Türkiyədə səfərdədir

ABŞ-nin dövlət katibi Entoni Blinken Türkiyədə səfərdədir.

“Report” xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Bildirilib ki, dövlət katibi və heyəti Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Türkiyə və Yunanıstanı əhatə edən turne çərçivəsində İstanbula gəlib.

Agentliyin məlumatına görə, diplomatın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşü gözlənilir.

ƏvvəlkiKXDR-in hərbi təxribatından sonra Cənubi Koreyanın Yonpyonq adasının sakinləri təxliyə edilir
NövbətiƏməkdar artist Gülbahar Şükürlü vəfat edib