Bitkoinin qiyməti 32 min dolları keçdi

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 32 min dolları keçib.

Trend-in məlumatına görə, bitkoinin dəyəri saat 20:13-də 9,8 faiz bahalaşaraq 32 054 dollar təşkil edib.

Beləliklə, bitkoinin qiyməti 32 min dolları keçməklə bu gün artıq üçüncü dəfə tarixi rekordu yeniləyib.