“Bitkoin”in qiyməti 18 faizdən çox düşüb

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 18 faizdən çox düşüb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, saat 20:45 (GMT+4) üçün bitkoinin dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib.

Qeyd edək ki, saat 16:55-də bitkonin qiyməti 33,348 (-11,02 faiz) min dollar səviyyəsində alınıb-satılıb.