Bişkekdə partlayış olub, ölənlər var – VİDEO – YENİLƏNİB

Bişkek şəhərində iaşə müəssisəsində baş verən partlayış zamanı azı 1 nəfər ölüb, aralarında üç uşağın da olduğu 13 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Qırğız Respublikasının Səhiyyə Nazirliyi bildirib.

***13:25

Bişkek şəhərindəki kafelərdən birində partlayış baş verib.

“Report” “Sputnik Qırqızıstan”a istinadən xəbər verir ki, paytaxtın Çüy və Azadlıq prospektlərinin kəsişməsində yerləşən fast food-da ardıcıl olaraq üç partlayış baş verib. Partlayışlardan dərhal sonra başlayan və qonşuluqdakı kafeyə də sıçrayan yanğın hadisə yerinə gələn yanğın heyəti tərəfindən söndürülüb.

Şəhərin təcili yardım mərkəzindən verilən məlumata görə, hadisə nəticəsində 10-12 nəfər xəsarət alıb. Onların əksəriyyəti yanıq xəsarətidir.

Fövqəladə Hallar Nazirliyindən isə 8 nəfərin xəsarət aldığı bildirilib.

ƏvvəlkiXİN Almaniyada ermənilərin Qarabağla bağlı təxribatının qarşısının alınması barədə məlumat yayıb
NövbətiAfrikanın 14 ölkəsi Fransa Mərkəz Bankındakı pullarını geri çəkir