Beynəlxalq Türk Akademiyası Nəsiminin 650 illik yubileyi münasibətilə kitab çap edib

Beynəlxalq Türk Akademiyası (TWESCO) Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə bağlı bir sıra tədbirlər keçirəcək. Beynəlxalq Akademiya tərəfindən şairin şeirlərindən ibarət kitab çap edilib.

AZƏRTAC xəbər verir ki, Nəsiminin şeirlərindən ibarət kitabın aprel ayında təqdimatı keçiriləcək. Bundan başqa Azərbaycan ədəbiyyatı antologiyası da artıq çap olunub. Antologiyanın da təqdimatı olacaq.

Qeyd edək ki, TWESCO tərəfindən Azərbaycanla bağlı bir çox tədbirlər keçirilib.

ƏvvəlkiMillət vəkili Naqif Həmzəyev komitəyə üzv oldu
Növbəti“Diqlas”da yanğından zərərçəkən sahibkarlar üçün hesab açılacaq