Beynəlxalq konfrans iştirakçıları Ağdama səfər edib

Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransda iştirak edəcək heyətin Ağdama səfəri başlayıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, səfərdə 30-a yaxın ölkədən olan 120 nəfərə yaxın nümayəndə heyəti iştirak edir. Qonaqlardan 30 nəfəri minatəmizləmə sahəsində mütəxəssis olan şəxslərdir.

Qonaqlar Ağdamın azad edilmiş hissəsində ANAMA-nın regional mobil düşərgəsinə baxış keçirəcək, dağıntılar və quruculuq işləri, minatəmizləmə əməliyyat sahəsində işlərin gedişi ilə tanış olacaqlar.

ƏvvəlkiBakıda küçədə qumbara və digər döyüş sursatları aşkarlandı
NövbətiTürk Dövlətləri Təşkilatı mart soyqırımı ilə bağlı paylaşım edib