BDU Elmi şurasının növbəti iclası

Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının növbəti iclası keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev iclasın gündəliyi barədə Şura üzvlərinə məlumat verib.

İclasda 27 mart – Azərbaycan Respublikasında Elm Günü münasibətilə BDU-nun elan etdiyi “İlin alimi” müsabiqəsində qalib gələn alimlərə diplomlar təqdim olunub.

Elmi şurada BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planının hazırlanması, akademik Nizami Cəfərovun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunmuş “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət” əsərinin Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunması haqqında qərarlar qəbul edilib.

Daha sonra BDU-nun 2024-cü il üçün fəaliyyət planı müzakirə edilərək qəbul olunub. Fəaliyyət planında akademik nüfuzun, akademik heyət üzrə istinadın, əcnəbi müəllim-tələbə sayının artırılması, işəgötürənlərin tədris prosesinə inteqrasiyası, məşğulluq göstəricilərinin, beynəlxalq elmi-tədqiqat indeksinin yaxşılaşdırılması, müəllim-tələbə nisbəti, dayanıqlı inkişaf üzrə görüləcək fəaliyyətlər (konkret indikator göstəriciləri ilə) əks olunub.

Sonda cari məsələlər müzakirə edilib.

ƏvvəlkiMusiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb
NövbətiBelarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb