Baş nazir: “Saakaşvili Gürcüstanda saxlanılıb”

“Mixeil Saakaşvili saxlanılıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Qaribaşvili xüsusi birifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam nəzarət altında saxlanılıb.

İ.Qaribaşvili qeyd edib ki, M.Saakaşvili penitensiar müəssisəyə yerləşdirilib.

ƏvvəlkiGürcüstan Prezidenti: “Saakaşvili əfv edilməyəcək”
NövbətiƏrdoğan yaxın həftələrdə Azərbaycana gələcək