“BakuBus”ın avtobusu yanıb

Bakıda avtobusda baş vermiş yanğınla bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama verib.

“Report”un xəbərinə görə, BNA-dan bildirilib ki, bu gün səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub:

“Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır”.

ƏvvəlkiAzərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə yüksəlib
NövbətiBaş Prokurorluq Əli Həsənovla bağlı açıqlama verdi