Bakıda yanğınla əlaqədar nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb

Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən də Ş.Mehdiyev küçəsi və Tbilisi prospekti şəhər istiqamətndə hərəkət edən müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında da gecikmələr müşahidə edilir.

Hazırda avtobuslararası intervalın stabilləşməsi üçün zəruri tədbirlər görülür.

Sərnişinlərdən bunu anlayışla qəbul etmələri xahiş edilir.

ƏvvəlkiBu il yaz fəsli Azərbaycana martın 21-i saat 01:58-də qədəm qoyacaq
NövbətiBakıda Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə yürüş keçirilir