Bakıda xidmət aparan polis qəza nəticəsində ölüb

Bakıda yol qəzasında ölən polis əməkdaşının fotosu yayılıb.

“Report”un xəbərinə görə, hadisə bu gün səhər saatlarında paytaxtın H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Prado” markalı avtomobil idarəetməni itirərək yol kənarında xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşı Natiq Məhərrəmovu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiGəncə gənclərinin Gənclər gününə həsr olunmuş bayram tədbiri
NövbətiDövlətə xəyanətdə ittiham edilən jurnalistin məhkəməsi başlayıb