Bakıda su quyusunda meyit aşkarlanıb

Bakıda su quyusunda meyit aşkarlanıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin meyitinin su quyusundan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti dərinliyi təqribən 8 metr olan su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

ƏvvəlkiSudan ordusu ölkədə üç günlük humanitar atəşkəsə razılaşıb
NövbətiAzərbaycanın qrup hərəkətləri komandası və bədii gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib