Bakıda qadına qarşı soyğunçuluq edilib

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da A.Sadıqovanın içərisində 1000 manat və 2 ədəd mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə almağa cəhd göstərən Bakı şəhər sakini Y.Miroşniçenko saxlanılıb.

ƏvvəlkiTbilisidə Gürcüstan və Rusiya XİN başçılarının görüşünə etiraz olaraq aksiya keçirilib
NövbətiHüseyn Abdullayev son sözlə çıxış edib, məhkəmə müşavirəyə gedib