Bakıda “NATO-da təlimlərin planlaşdırılması prosesi” mövzusunda kurs keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2020-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO-nun Brunsumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “NATO-da təlimlərin planlaşdırılması prosesi” mövzusunda təlim kursu keçirilir.

Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuların iştirak etdikləri kursda NATO-nun ekspertləri tərəfindən iştirakçılara Şimali Atlantika Alyansında əməliyyatların planlaşdırılması, layihələndirilməsi, qiymətləndirilməsi prosesi, məlumatların təhlili və digər mövzulara dair təqdimatlar verilir, praktiki qrup tapşırıqları həyata keçirilir.

ƏvvəlkiAtəşkəs rejimi 21 dəfə pozulub
NövbətiSeçicilər YAP-ın namizədi Naqif Həmzəyevə səs verəcəklərini bildiriblər